EN

Məktəblinin çantasındakı smartfon yanğına səbəb oldu Foto

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyanın Vladivostok şəhərində məktəbdə yanğın baş verib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, yanğın səbəbindən 572 nəfər təxliyə edilib. 

Bildirilib ki, hadisə məktəbin birinci mərtəbəsində yerləşən geyinib-soyunma otağında qeydə alınıb. İnsidentə səbəb isə şagirdlərdən birinin çantasının yanması olub. 

“Amur Mash” teleqram kanalının məlumatına görə isə, hadisəyə səbəb beşinci sinif şagirdinin çantasında olan “Poco Xiaomi” markalı smartfonun yanması olub. Hadisə zamanı həmin şagird idman dərsində olub. Kanal həmçinin geyinib-soyunma otağının tamamilə yandığını yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
4
qafqazinfo.az

5Sources