EN

Gürcüstan və Türkiyə mədəni əməkdaşlığı genişləndirir

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze Türkiyəyə səfəri çərçivəsində həmkarı Mehmet Nuri Ersoyla görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət Nazirliyindən bildirilib.

Səfərin məqsədi Gürcüstanla Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi və yeni təşəbbüslərin reallaşdırılmasıdır.

Tərəflər arasında İstanbulda keçirilmiş görüşdə iki ölkənin əməkdaşlıq proqramları çərçivəsində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Mədəni irsin mühafizəsi sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb. Nazirlər yalnız incəsənətin müxtəlif sahələrində deyil, elmi-tədqiqat istiqamətində, həmçinin mədəni turizmin təşviqi sahəsində də təşəbbüslərin dəstəklənməsinə hazırlıq ifadə ediblər.

T.Ruxadze bu gün Ankarada start veriləcək Gürcüstan Mədəniyyəti Günlərinin xüsusi önəmini qeyd edib. Onun sözlərinə görə, tədbirin keçirilməsi iki ölkə arasında dostluğun bariz ifadəsidir. Nazir gələn il Gürcüstanda Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsinə hazırlığını ifadə edib. O, tədbir çərçivəsində türkiyəli həmkarını Gürcüstana işgüzar səfərə dəvət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
2
sherg.az

3Sources