EN

Trampı özündən çıxaran sual: Elə danışırsınız ki...

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Hegsetin generallar və admiral­larla görüş keçirməsinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırıb.

“Bu, niyə bu qədər vacibdir? Pit generallar və admirallarla danışmalıdır. İnsanlarla ünsiyyət qurmaq yaxşıdır. Siz elə danışırsınız ki, guya bu, pis bir şeydir”, – deyə Ağ Ev rəhbəri bildirib.

Onun sözlərinə görə, ABŞ hərbi generalları və admiralları ən son hərbi texnologiyaları müzakirə etmək üçün bir araya gələcəklər.

Bundan əvvəl bəlli olmuşdu ki, Pentaqon rəhbəri yüzlərlə general və admiralı sentyabrın 30-da fövqəladə iclasa çağırıb. Hərbi toplantının səbəbləri açıqlanmayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
globalinfo.az

1Sources