1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın Krasnodar diyarında yerləşən Afipski Neft Emalı Zavodunda pilotsuz uçan aparatının fraqmentlərinin düşməsi səbəbindən yanğın baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə bölgənin operativ qərargahının mətbuat xidmətindən məlumat verib.
Məlumata görə, pilotsuz uçan aparatının qalıqları neft emalı zavodunda qurğulardan birinin üzərinə düşüb, lakin xəsarət alan olmayıb.
"30 kvadratmetr ərazidə yanğın baş verib və artıq söndürülüb. Hadisə yerində operativ və xüsusi xidmət orqanları işləyir", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Afipski Neft Emalı Zavodu regionun ən iri sənaye müəssisələri sırasına daxildir, istehsal gücü ildə 9.1 milyon tona qədərdir.
