ABŞ-nin Kaliforniya ştatında 25 nəfərlik dəstə zərgərlik mağazasına basqın edib.
Redaktor.az “BBC”yə istinadən xəbər verir ki, hadisə San-Ramon yaşayış məntəqəsində qeydə alınıb.
Mağazaya daxil olan silahlı şəxslərin bir qismi satıcıları tapança ilə qorxudub, digərləri isə vitrinlərin şüşələrini sındıraraq zinət əşyalarını götürüb.
Həmin şəxslər daha sonradan 6 avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Hadisə zamanı ümumilikdə 1 milyon dollar dəyərində zərgərlik nümunələri oğurlanıb. Mağazaya basqın edən şəxslərdən 7-si artıq saxlanılıb.