EN

Gürcüstanda "yaşıl" hidrogen üzrə strategiya və yol xəritəsi hazırlanır

Bakı. Trend:

Gürcüstan “yaşıl” hidrogenin inkişafı üzrə strategiya hazırlayırki, bu da sahə üzrə yol xəritəsinin və fəaliyyət planının tətbiqiüçün əsas olacaq.

Trend xəbər verirki, bunu cümə günü Bakıda keçirilən “Azərbaycan və Mərkəzi AsiyanınYaşıl Energetika Həftəsi” çərçivəsində çıxış edən Gürcüstanİqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Enerji səmərəliliyi vəbərpa olunan enerji mənbələri departamentinin rəhbər müavini OmarSereteli bildirib.

Onun sözlərinə görə, məhz bu strategiya əsasında AvropaYenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstanda “yaşıl” hidrogenininkişafı üzrə yol xəritəsi və fəaliyyət planının hazırlanmasınabaşlayıb.

O qeyd edib ki, 2024-cü ildə ölkədə Energetika və İqlim üzrəMilli Plan təsdiqlənib və burada ayrıca bənd kimi “yaşıl” hidrogenstrategiyasının işlənib hazırlanması nəzərdə tutulub.

Bu strategiyanın hazırlanmasına cavabdeh qurum kimi dövlətşirkəti olan “Georgian Energy Development Fund” təyin olunub.

Chosen
19
1
az.trend.az

2Sources