EN

“İmişli” – “Zirə” matçına doğru: Rəşad Sadıqovu narahat edən məqam 

Misli Premyer Liqasının 6-cı turunda Qubada “İmişli”nin qonağı olacaq “Zirə” oyuna tam heyətlə çıxa bilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, diz bağları qopan və əməliyyat edilən Abdul Aziz Batibye, Leroy Mikels, Vinsent Till və Fuad Bayramov zədə səbəbindən bu görüşü buraxacaq. 

“İmişli”də isə cəmi bir itki var. Cəzalı olan Rafael Vieqaş matçı kənardan izləyəcək.

Qeyd edək ki, “İmişli” – “Zirə” qarşılaşması sentyabrın 26-da keçiriləcək. Matçın start fiti 15:30-da səsləndiriləcək.

Chosen
6
2
idmanxeber.az

3Sources