EN

ADA Universitetində 1-ci Azərbaycan-Britaniya Siyasi Dialoqunun ikinci günü keçirilir

Bakı.TurkicWorld

Sentyabrın 26-da ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy – IDD) təşkilatçılığı ilə keçirilən I Azərbaycan-Britaniya siyasi dialoqunun ikinci günü davam edir.

TurkicWorld xəbər verir ki, Britaniya-Azərbaycan Ticarət Palatası və bp şirkətinin tərəfdaşlığı ilə keçirilən tədbir dəyişən qlobal nizamda Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə və strateji tərəfdaşlığa, Cənubi Qafqazda regional təhlükəsizliyə, əməkdaşlığa, xarici siyasət prioritetlərinə, enerji sahəsində əməkdaşlığa, təhsil, elm və innovasiya vasitəsilə ictimai diplomatiyaya həsr olunub.

Dialoq regional və qlobal çağırışlarla bağlı qarşılıqlı anlaşmaya və praktiki əməkdaşlığa töhfə verəcək.

Xəbər yenilənəcək

Chosen
57
2
turkic.world

3Sources