EN

Myanmada zəlzələdən sonra qədim abidə üzə çıxıb

Türkiyənin Edirne şəhərində yerləşən, Memar Sinanın şah əsəri olan Selimiye məscidinin əsas günbəzindəki xəttatlıq işlərinin silinməsi və günbəzdə mavi rəng əvəzinə qara rəngdən istifadə edilməsi təklifi sənət mütəxəssisləri və tarixçilərin etirazına səbəb olub.

Kulis.az xəbər verir ki, Allahın adlarının yazılı olduğu 8 medal­yonun silinməsi və onların yerinə 21-ci əsr üslubunda yeni xətt nümunələrinin tətbiqi də müzakirə olunur.

Tarixçi İlber Ortaylı isə restavrasiya ilə bağlı “Edirnə Selimiye məscidinin günbəz yazılarının bərpası bərpadır, yoxsa məhv etmə?” deyə sual verib və sosial şəbəkədə diqqət çəkən paylaşım edib.

Qeyd edək ki, Edirnə Selimiye məscidinin günbəzində, çinilərində, daş və mərmərlərində işlənmiş yazılar, 16-cı əsrin məşhur xəttatı Əhməd Şəmsəddin Qarhisarinin tələbəsi Xəttat Həsən Çələbi (ö.1594) tərəfindən yazılıb.

Chosen
21
kulis.az

1Sources