EN

3-cü MDB Oyunlarına bu gün start veriləcək

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi 3-cü MDB Oyunlarında bu gün ilk turnirə start verilir.

"Football-plus.az* xəbər verir ki, ilk yarış günündə stolüstü tennisçilər mübarizəyə başlayacaqlar (saat 10.00-da). Bu idman növü üzrə turnir Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək. Tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Azərbaycanı stolüstü tennisdə Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edəcək.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak edəcəyi 3-cü MDB Oyunlarının rəsmi açılış mərasimi isə sentyabrın 28-də Gəncə Şəhər Stadionunda keçiriləcək. Yarışın bağlanış tədbiri də bu arenada oktyabrın 8-də olacaq.

Chosen
28
50
football-plus.az

10Sources