EN

“Gənclərin kənddə qalması üçün məşğulluq şərtdir” Naqif Həmzəyev

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son illərdə gənclərin kəndləri tərk etməsi artıq ciddi bir tendensiyaya çevrilib. Bu proses kəndlərin demoqrafik strukturunu və yerli iqtisadiyyatı zəiflədir. Gənclərin kənddə qalması üçün iş imkanlarının yaradılması, təhsil və sosial infrastrukturun gücləndirilməsi vacibdir. Bəs, kəndlərdə gənclərin qalmasını və fəal iştirakını təmin etmək üçün hansı konkret addımlar atıla bilər?

Mövzu ilə bağlı Gununsesi.info  -ya açıqlamasındaMilli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, insanların, xüsusilə gənclərin kənd yerlərində qalmasını təmin etmək üçün öncə məşğulluq imkanlarının artırılması və yüksək gəlir əldə etmə şəraitinin yaradılması vacibdir.

“Bu baxımdan Azərbaycanın dövlət dəstəyi siyasətinin düzgün və uğurlu olduğunu qeyd etmək olar. Kənd təsərrüfatı hələ də əsas məşğulluq sahəsi olaraq qalır və bu sahənin inkişafına yönələn dəstək mexanizmləri xüsusi əhəmiyyət daşıyır. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalını dəstəkləmək üçün subsidiyalar fərqli yanaşmalarla verilir: əkilən sahəyə görə, istehsal edilən məhsulun həcminə görə və yeni salınmış intensiv meyvə bağlarının xərclərinin qarşılanması üçün investisiya tipli birdəfəlik subsidiyalar tətbiq olunur.

Bundan əlavə, süni mayalanma nəticəsində doğulan hər buzov üçün də subsidiya verilir. Kənd təsərrüfatı texnikası, müasir suvarma sistemləri və damazlıq heyvanların alınması da dövlət tərəfindən müəyyən faizlə subsidiyalaşdırılır, istehsalçılar məhsullarını risklərə qarşı sığortalaya bilirlər və sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Bu mexanizmlər istehsalın stimullaşdırılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, kənd əhalisinin məşğulluğunun artırılmasına və onların rifahının yüksəlməsinə xidmət edir”-deyə o əlavə edib .

Firuzə Mahmudova

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
icma.az

1Sources