EN

Rutte: Hava məkanını pozan Rusiya təyyarələrini vurmalıdır  

NATO-nun baş katibi Mark Rutte bildirib ki, üzv ölkələr lazım gələrsə hava məkanını pozan Rusiya təyyarələrini vurmalıdır...

Poliqon xəbər verir ki, bu barədə The Times yazıb.

Vaşinqtonda çıxış edən Rutte bildirib ki, müttəfiqləri işğala güclə cavab verməyə çağıran Trampın bəyanatı ilə tam razıdır. NATO-nun baş katibi deyib ki, Alyans qüvvələri hər bir müdaxilə edən təyyarənin ciddi təhlükə yaradıb-yaratmadığını müəyyən etməyə yaxşı hazırdır:

"Alyans qüvvələri hər bir müdaxilə edən təyyarəyə ciddi təhlükə kimi baxılaraq zərərsizləşdirilməli, yoxsa təxribat olaraq sərhəddən geri göndərilməli olduğunu müəyyən etmək üçün yaxşı hazırlanıb və təlim keçib".

Həmçinin Bloomberg-ə müsahibəsində Niderlandın baş naziri Dik Şkoof NATO üzvlərinin gələcəkdə NATO hava məkanını pozduğuna görə Rusiya təyyarəsini vura biləcəyi ehtimalını təsdiqləyib:

"Ruslar bilməlidirlər ki, onlar NATO-nun hava məkanına daxil olarsa, bu baş verə bilər. Hər şey rusların ehtiyatsız hərəkətləri ilə başlayır və təbii ki, onlar riskə gedirlər. Və təbii ki, NATO komandanlığı necə cavab verəcəyinə qərar verir".

Poliqon.info

Chosen
13
poliqon.info

1Sources