EN

Danimarka Baş naziri: Avropa üçün əsas təhlükə Rusiyadır

BAKI, 26 sentyabr. TELEQRAF

“Avropanın təhlükəsizliyinə əsas təhlükə Rusiyadır”.

Teleqraf xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen deyib.

Baş nazir Rusiyanın ölkəsinə PUA hücumu ilə bağlı bildirib: “Bunlar bizim zəifliklərimizi üzə çıxaran və qeyri-müəyyənlik və parçalanma yaratmaq məqsədi daşıyan hücumlardır”.

Frederiksen qeyd edib ki, Danimarka hazırlıq səviyyəsini yüksəldib, belə hallara qarşı lazımi tədbirlər tətbiq olunacaq. Danimarka hava məkanının mühafizəsini gücləndirmək üçün NATO müttəfiqləri ilə sıx əməkdaşlıq edir.

Frederiksenin sözlərinə görə, hibrid hücumlar son vaxtlar Polşa, Estoniya və Rumıniyaya da təsir edib: “Bu, ənənəvi müharibə deyil: bir gün bu, pilotsuz təyyarə, sabah kiberhücum və ya dezinformasiya ola bilər. Məqsəd cəmiyyətlərdə sabitliyi pozmaq və hakimiyyətə inamı sarsıtmaqdır”.

Baş nazir vurğulayıb ki, Rusiya təhlükəsi bütün Avropa üçün ciddidir: “Avropanın təhlükəsizliyinə əsas təhlükənin Rusiya olduğunu proqnozlaşdırmaq olar”.

Chosen
15
teleqraf.com

1Sources