EN

III MDB Oyunlarında iştirak edəcək daha iki nümayəndə heyəti Azərbaycana gəldi

BAKI, 26 sentyabr. TELEQRAF

III MDB Oyunlarında iştirak edəcək üzgüçülük, boks və atıcılıq idman növlərində mübarizə aparacaq idmançılar Azərbaycana gəlib.

Teleqraf xəbər verir ki, ötən gecə Belarus və Qazaxıstandan olan nümayəndələri Heydər Əliyev Beynəlxalq Hava Limanında III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Bakıya eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.

Chosen
41
3
teleqraf.com

10Sources