EN

Donald Tramp Sorosa xəbərdarlıq edib

ABŞ prezidenti Donald Tramp bildirib ki, maliyyəçi Corc Soros və "LinkedIn"in həmtəsisçisi Rid Hoffman solçu radikalları maliyyələşdirdikləri aşkar edilərsə, hüquqi problemlə üzləşə bilərlər.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərlə görüşündə Sorosa yenidən xəbərdarlıq edib:

"Əlbəttə, Soros tez-tez eşitdiyim addır. Mən radikal solçu olan kifayət qədər varlı insanların adlarını eşidirəm. Rid Hoffman adlı bir oğlan haqqında da eşidirəm. Əgər bu işləri maliyyələşdirsələr, problem yaşayarlar", - Amerika lideri qeyd edib.

Tramp ABŞ-də siyasi terrorizmin artmasında, xüsusən də müttəfiqi Çarli Kirkə qarşı sui-qəsd cəhdində solçu radikalları günahlandırır.

Chosen
25
9
demokrat.az

10Sources