EN

NASA nüvə silahından istifadə edə bilər

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ayla toqquşma təhlükəsi olan asteroidə nüvə zərbəsinin vurulması nəzərdən keçirilir. Reyting.az xəbər verir ki, bunu ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) mütəxəssisləri bildiriblər. Alimlər 2032-ci ildə Ayla toqquşa biləcək "2024 YR4" adlı asteroidin yaratdığı riski böyük təhlükə kimi qiymətləndiriblər. Tədqiqatçıların təqdim etdiyi ilkin hesablamalarda "2024 YR4" asteroidinin Yer kürəsinə düşmə ehtimalı 3,1 faiz göstərilsə də, sonrakı davamlı müşahidələr bu riskin 0,28 faizə endiyini göstərib. Mütəxəssislərin fikrincə, indi əsas təhlükə Ayla toqquşma ehtimalıdır.Uzunluğu 55 metr olan bu asteroid Ay səthinə düşərsə, çox güclü toz və daş parçaları qalxar, bunun nəticəsində Yer ətrafında mikrometeorit axını min dəfəyədək arta bilər. Bu isə peyklər, kosmik stansiyalar, həmçinin astronavtlar üçün böyük riskdir.Kosmik Agentliyin 2022-ci ildəki "DART" missiyası kimi təcrübəsi olsa da, "2024 YR4"-ün qeyri-müəyyən xüsusiyyətləri səbəbindən onun uçuş trayektoriyasını dəyişmək çətin görünür. Məhz elə buna görə də alimlər alternativ kimi asteroidin parçalanmasını, son çarə kimi nüvə partlayışı ssenarisini müzakirə etməyə başlayıblar.Mütəxəssislər bildiriblər ki, əgər ehtiyac olarsa, bu missiya 2029-2031-ci illər arasında həyata keçiriləcək. Tədqiqatçılar həmçinin nüvə zərbəsinin gözlənilən nəticələrini də geniş müzakirə ediblər. Alimlər vurğulayıblar ki, bu asteroidin Yer kürəsinə zərər vermədən, yan keçmə ehtimalı 96 faiz olsa belə, yenə də obyekt gələcək planetar müdafiə strategiyaları üçün əhəmiyyətli elmi hədəfdir. Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
reyting.az

2Sources