Ötən gün Moskvanın Şeremetyevo hava limanı yaxınlığındakı oteldə i kişi meyiti tapılıb. İkin məlumata görə, cəsəd Sankt-Peterburqun nəqliyyat infrastrukturunun inkişafı komitəsinin (NİİK) keçmiş rəhbəri Aleksandr Fedotova məxsusdur.
Moderator.az "Korrespondent" nəşrinÉ™ istinadla xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ cümÉ™ axÅŸamı, sentyabrın 25-dÉ™ “The Moscow Times” mÉ™lumat yayıb.
KİV-in məlumatına görə, Fedotov çox güman ki, otelin yuxarı mərtəbələrindən birində yaşayırmış.

Fedotov irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən 40 milyard rubl dəyərində Böyük Smolenski körpüsünün tikintisi üçün müqavilələrin imzalanması, Tsımbalinski estakadasının yenidən qurulması və Cənub enlik magistralının birinci mərhələsinin inkişafı zamanı NİİK-ə rəhbərlik edib.
2024-cü ilin aprelində Fedotov öz xahişi ilə vəzifəsindən istefa verib, baxmayaraq ki, onun istefası regional "FSB" idarəsinin son vaxtlar ona diqqət yetirməsi ilə əlaqələndirilib. Həmin yay əlamətdar hadisə NİİK-ə tabe olan nəqliyyat tikintisi idarəsinin rəis müavini İbrahim Şahmurzəyevin həbsi olub. O, ifadə vermək üçün Ukraynadakı "xüsusi hərbi əməliyyat" ərazisindən Sankt-Peterburqa gətirilib.
Qeyd edilir ki, bu hadisə son vaxtlar Rusiyada məmurların müəmmalı ölümlərindən biridir. Müharibə başlayandan bəri, yəni son 3 il yarımda ən azı 20 yüksək rütbəli məmur qeyri-müəyyən şəraitdə həlak olub.
Bir gün əvvəl "Rosreestr" rəhbərinin keçmiş müavini Boris Avakyanın ölümü ilə bağlı xəbər yayılmışdı. Onun meyiti Ermənistanın Sankt-Peterburqdakı konsulluğunun tualetində yanında bıçaq tapılıb. Binada heç bir video-müşahidə olmayıb və konsulluğa icazəsiz şəxslər daxil olmayıb.
Xatırladılır ki, sentyabrın 19-da Moskvada “Ximprominjiniring” ÅŸirkÉ™tinin baÅŸ direktoru 50 yaÅŸlı Aleksandr Tyunin dÉ™ ölü tapılıb. İyulun 4-dÉ™ isÉ™ “Transneft” dövlÉ™t ÅŸirkÉ™tinin vitse-prezidenti Andrey BÉ™dÉ™lov Moskvada vÉ™fat edib. Onun guya pÉ™ncÉ™rÉ™dÉ™n yıxıldığı bildirilib.
S.Laçın