EN

Təsbih ağacının özü sənayedə, qabığı səhiyyədə, muncuq kimi meyvəsi zərgərlikdə istifadə olunur Video

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türk dilində "təsbih ağacı", beynəlxalq adı ilə "Çin giləmeyvəsi" təsbeh muncuqlarına bənzəyən iri və yuvarlaq meyvələri olan bir ağacdır. Nəmli torpağı sevən təsbih ağacı dünyanın müəyyən bölgələrində becərilir. Bununla belə, onun bütün iqlimlərdə və torpaq şəraitində inkişaf edə bilməməsi onu unikal ağac növünə çevirir.

İsti bölgələrdə böyüyən bir ağac növü olaraq, muncuqları xatırladan meyvələri ilə diqqət çəkir. Mütəxəssislər onun yağının faydalarını qeyd edirlər. Onun şirəli, toxumlu meyvələri yetişəndə açıq sarı rəng alır.

Təsbih ağacı çirklənməyə və küləyə davamlıdır. Şaxtaya həssasdır və -5°C-ə qədər olan temperaturlara dözə bilir. Müxtəlif mənbələr onun meyvələrinin zəhərli və qabığının qızdırma endirməkdə faydalı olduğunu göstərir.

Təsbih ağacından mebel və nəfəs alətləri hazırlamaq üçün istifadə olunur. Ağacın meyvəsindən muncuq və zərgərlik məmulatları, qabığından dərman preparatları hazırlanır. Onun yağından mebel cilalamaq üçün də istifadə olunur.

Təsbih ağacının ən əhəmiyyətli faydalarından biri də, ondan əldə olunan yağdır. Xüsusilə, ekzema və sızanaq kimi dəri xəstəlikləri üçün istifadə olunur.

Təsbih ağacının qabığı, yarpaqları və toxumları dərman istehsalında istifadə olunur. Həmçinin cüzam, göz xəstəlikləri, mədə xəstəlikləri, dəri xoraları və qaraciyər xəstəliklərinin müalicəsində faydalı olduğu iddia edilir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
bizimyol.info

1Sources