EN

Cənubi Koreya ordusu Şimali Koreya gəmisinə xəbərdarlıq atəşi açıb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şimali Koreyaya məxsus ticarət gəmisi Seulun faktiki dəniz sərhədi hesab etdiyi Sarı dənizdə Şimal Limit Xəttini (NLL) pozduqdan sonra Koreya Respublikası Silahlı Qüvvələri ona xəbərdarlıq atəşi açıb.

APA xəbər verir ki, bu haqda Yonhap xəbər agentliyi məlumat yayıb.

Hadisə yerli vaxtla səhər saat 5:00 radələrində Baengnyeong adasının yaxınlığında baş verib.

Cənubi Koreya əvvəlcə radio vasitəsilə xəbərdarlıq yayımlayıb. Sonra isə xəbərdarlıq atəşi açılıb. Xəbərdarlıq atəşindən sonra Şimali Koreyaya məxsus ticarət gəmisi Cənubi Koreya sularını tərk edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
2
apa.az

3Sources