EN

Putin Paşinyanla görüşüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Oxu.Az bu barədə TASS-a istinadla xəbər verir.
Görüşdə həmçinin baş nazirin müavini Aleksey Overçuk, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, xarici işlər nazirinin müavini Dmitri Lyubinski, "Rusiya Dəmir Yolları" QSC-nin baş direktoru Oleq Belozerov və "Rosatom"un baş direktoru Aleksey Lixaçyov iştirak ediblər.
Ermənistan tərəfdən söhbətə baş nazirin müavini Mher Qriqoryan, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan və baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan qoşulublar.
Chosen
39
7
oxu.az

8Sources