"Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi ("Moody's" və "Fitch") Azərbaycanın reytinqini artırdı".
Dövlətimizin başçısı vurğulayıb ki, bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6.5 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan, təxminən, 16 dəfə artıqdır.