EN

Polisə 58 min dəfə zəng etdi, həbs olundu

Cənubi Koreyada 50 yaşlı kişi son iki il ərzində polisə 58 307 dəfə yalan zəng etdiyi üçün həbs olunub. Avtosfer.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "The Korea Herald" məlumat yayıb. Kişi müxtəlif bəhanələrlə polisə zəng edib, bir dəfə qardaşını öldürmək istədiyini bildirib, növbəti dəfə isə son 10 ilini əsirlikdə keçirdiyini deyərək kömək istəyib. İstintaq nəticəsində onun etdiyi zənglərdən 50-dən çoxunun ağır cinayət kateqoriyasına aid olduğu müəyyən edilib. Həmin şəxs 2023-cü ildən etibarən yeddi dəfə yalan məlumat verdiyinə görə cərimələnib. 2024-cü ilin may ayında isə o, cəmi dörd gün ərzində 1882 dəfə polisə zəng edib. Bu, ona kəsilmiş cərimədən narazı qalmasının nəticəsi olub. Şübhəli şəxs ifadəsində polisə tənhalıq hissi ucbatından və adətən sərxoş halda zəng etdiyini etiraf edib. Hazırda o, vəzifəli şəxslərin işinə mane olmaqda ittiham olunur. Kişini beş ilədək həbs gözləyir.

Chosen
42
2
avtosfer.az

3Sources