EN

İmişlidə toyda zəhərlənənlərin sayı ARTDI

İmişli rayonunda toyda zəhərlənmə şübhəsi olan şəxslərin sayı artıb.


Manset.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 24 sentyabr saat 14 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 69 nəfər (8-i uşaq olmaqla 32-si kişi, 4-ü uşaq olmaqla 37-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 37 nəfər (18-i qadın, 19-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər 28 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

Chosen
23
15
manset.az

10Sources