EN

Sevgilisi tərəfindən qaçırılan qız: "Xahiş edirəm, azadlığa buraxın, evlənək"

Bakıda sevgilisini oğurlamaqda ittiham olunan gəncin məhkəməsi maraqlı məqamlarla yadda qalıb.

Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu məhkəmə prosesinin əsas iştirakçıları 24 yaşlı Fərrux (bütün adlar şərtidir) və 19 yaşlı sevgilisi Nailədir.

Gənclər uzun müddət bir-birini seviblər. Lakin qızın anası evliliyə razılıq verməyib. Fərrux bir neçə dəfə elçi göndərsə də, hər dəfə rədd cavabı alıb. Oğlan izdivacın valideyn razılığı ilə baş tutmayacağını anlayaraq sevgilisini qaçırmaq qərarına gəlib. Bu işdə ona dostu İlkin kömək edib.

Fərrux Nailə ilə danışaraq onu görüşə çağırıb. Həmin vaxt dostu İlkin də avtomobillə kənarda hazır gözləyib. Bir neçə dəqiqə sonra Fərrux Nailəni avtomobilə mindirib.

Lakin bir az getdikdən sonra Nailə bu addımın düzgün olmadığını düşünüb, xüsusilə də anasının xəstə olduğunu xatırlayaraq Fərruxdan onu geri qaytarmasını xahiş edib. Bu zaman sevgililər arasında mübahisə yaranıb. Nə baş verdiyini anlamağa çalışan İlkin isə qəfil idarəetməni itirərək əks yola çıxıb. Elə bu vaxt polis maşını saxlayaraq hər üçünü şöbəyə aparıb. Orada saxlanılan şəxslərin nəyə görə mübahisə etdikləri məlum olub.

İstintaq orqanı ilkin dindirmələrdən sonra Fərruxla İlkinin əməlini adam oğurluğu kimi qiymətləndirib. Hər ikisi barəsində həmin vaxtdan həbs qərarı verilib.

Dostların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Onlar hadisənin necə baş verdiyini hakim qarşısında ətraflı danışıblar. Məhkəmə ifadələri dinləyib, cinayət işindəki xüsusatı araşdırdıqdan sonra dostların əməlini adam oğurluğu yox, adam oğurluğuna cəhd kimi tövsif edib. Bu, cinayət hadisəsinin başa çatmaması ilə əsaslandırılıb.

Chosen
46
18
publika.az

10Sources