EN

“Bonair” təşkilatının sədri: Bujival razılaşması bərabərlik deyil, yeni müstəmləkəçilik formalaşdırır

Nyu-York, 25 sentyabr, AZƏRTAC

Bujival razılaşması bərabərlik və inklüzivlik prinsiplərini önə çəksə də, praktikada bu, çox zaman nəzarətin genişlənməsi tendensiyalarına və siyasətinə çevrilir.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri “Bonair” İnsan Hüquqları Təşkilatı Fondunun sədri Davika Jasmine Bissessar BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun Nyu-York şəhərində yerləşən mənzil-qərargahında keçirdiyi “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Gərginliyin xüsusilə dənizaşırı ərazilərdə özünü büruzə verdiyini diqqətə çatdıran “Bonair” təşkilatının sədri əlavə edib: “Onlar tez-tez minlərlə mil uzaqlıqdakı paytaxt mərkəzlərindən verilən qərarlarla qarşılaşırlar. İnkişaf modelləri xaricdən diktə olunur, iqtisadi prioritetlər isə kənar maraqlar üçün formalaşır. Niderland qanunları bizdə bərabərsizliklərlə nəticələndi. Burada gördüyümüz müstəmləkəçilik deyil, müasir qanunvericilik çərçivəsində yenidən müstəmləkəçilikdir”.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Chosen
8
1
azertag.az

2Sources