EN

“Gəncənin şahmat ulduzları” adlanan yoldaşlıq matçı keçirilib - FOTO

GƏNCƏ, 25 sentyabr. TELEQRAF

Gəncə Heydər Əliyev Park-Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığıyla ölkəmizin ev sahibliyi edəcəyi III MDB Oyunlarına dəstək məqsədi ilə “Gəncənin şahmat ulduzları” adlanan yoldaşlıq matçı keçirililib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, matçda Avropa çempionatının ilk azərbaycanlı qalibi Ülviyyə Fətəliyeva, yeniyetmələr arasında dünya və Avropa çempionu İlahə Qədimova, Azərbaycan yığmasının heyətində üçqat Avropa çempionu Qədir Hüseynov və Azərbaycan çempionu (2012-ci il) Vüqar Rəsulov iştirak ediblər. Həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının Prezidenti Mahir Məmmədov da tədbirdə iştirak edib.

Həmçinin uşaq və yeniyetmə şahmatçıları da tamaşaçı kimi bu oyunu izləyib. “Gəncənin şahmat ulduzları” adlanan yoldaşlıq matçında şahmatçılar duet şəklində mübarizə aparıb. Hər komandada iki nəfət təmsil olunub Yoldaşlıq matçında sonra isə şahmat ulduzları Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçirib.

Chosen
12
11
teleqraf.com

10Sources