EN

Gəncədə III MDB Oyunlarına dəstək məqsədilə şahmat yarışı keçirilib

Gəncə, 25 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncədə Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizin ev sahibliyi edəcəyi III MDB Oyunlarına dəstək məqsədilə yarış keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə Heydər Əliyev parkında keçirilən yoldaşlıq oyunu və seansda Avropa çempionatının ilk azərbaycanlı qalibi Ülviyyə Fətəliyeva, yeniyetmələr arasında dünya və Avropa çempionu İlahə Qədimova, üçqat Avropa çempionu Qədir Hüseynov və Azərbaycan çempionu (2012-ci il) Vüqar Rəsulov çıxış ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında tədbirin əhəmiyyətindən bəhs edərək, iştirakçılara uğurlar arzulayıb.

Yoldaşlıq oyununda şahmatçılar hər komandada iki nəfər təmsil olunmaqla duet şəklində mübarizə aparıblar. Sonra şahmat ulduzları Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçiriblər.

 

Chosen
13
10
azertag.az

10Sources