EN

“Mançester Siti”dən Fodenin gələcəyi ilə bağlı qərar

style='margin-bottom:10px;'>

"Mançester Siti" əsas oyunçularından biri Fil Fodenlə yeni müqavilə imzalamağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 

24 yaşlı yarımmüdafiəçinin "şəhərlilər”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Lakin klub rəhbərliyi ən dəyərli oyunçularından birini daha uzun müddət komandada saxlamaq üçün müqaviləni erkən uzatmaq qərarına gəlib.

Qeyd edək ki, Foden İngiltərə Premyer Liqasının cari mövsümündə 3 oyun keçirib, 1 qol vurub.

Chosen
49
1
teleqraf.com

2Sources