EN

Ermənilər Moskvada mitinq keçirir | VİDEO

AzVision.az Rusiya telegram-kanallarına istinadən xəbər verir ki, etirazçılar əllərində “Nikol satqındır”, “Paşinyan düşməndir”şüarları yazılmış plakatlar tutublar.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanda arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Acapaxyan ölkənin qanuni hakimiyyətini devirməyə çağırışda ittiham olunaraq həbs ediliblər.

Həmçinin erməni mənşəli rusiyalı oliqarx Samvel Karapetyan da Ermənistanda həbs olunub.
Nikol Paşinyan özü hazırda Ümumdünya Atom Həftəsi forumunda iştirak etmək üçün Moskvadadır.



Sahil İsgəndərov
AzVision.az
Chosen
16
1
azvision.az

2Sources