EN

İran, Azərbaycan və Rusiya üçtərəfli görüşə hazırlaşır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu layihəsi üçün torpaq sahələrinin alınması bu ilin sonunadək tamamlanacaq".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq məlumat verib.
Onun sözlərinə görə, bu məsələ Tehranın strateji mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır və İran Prezidenti Məsud Pezeşkian dəhlizlərin bərpasına xüsusi önəm verir.
Nazir bildirib ki, dəmir yolunun təxminən 10 kilometrlik hissəsinə səfəri zamanı ümidverici məlumatlar əldə edib və yaxın vaxtlarda prezidentə hesabat təqdim edəcək.
Fərzanə Sadiq qeyd edib ki, Bakıda keçiriləcək Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüşdə əsas müzakirə mövzularından biri Rəşt-Astara dəmir yolu olacaq, həmçinin yüklərin daşınması ilə bağlı razılaşmaların da davam etdiriləcəyi gözlənilir.
Chosen
28
50
oxu.az

10Sources