EN

Qrossi: Nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadə edilməlidir

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Hər kəs qəbul etməlidir ki, nüvə enerjisi yalnız dinc məqsədlər üçün istifadə edilməlidir.

Bizimyol.info xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi Moskvada Ümumdünya Atom Həftəsinin açılışında deyib.

“Hazırda nüvə sənayesi inkişafının xüsusi məqamındadır. Tarixən nüvə texnologiyasının mənşəyində dayanmış Rusiyanın paytaxtı Moskvada olmağımız xüsusilə dəyərli və mənalıdır. Ona görə də istənilən nüvə obyekti, tikilməkdə olan hər hansı atom elektrik stansiyası və onun fəaliyyətinin nəticələri sülh yolu ilə həll edilməli və dinc nəticələrə yönəldilməlidir”, - derə Qrossi qeyd edib.

Onun sözlərinə görə, indi nüvə energetikasının inkişafı üçün daha çox imkanlar açılır. “Bu gün biz bir araya toplaşa və nüvə texnologiyasının inkişafı üçün çox böyük perspektivləri müzakirə edə bilərik. Beynəlxalq təşkilatın, BAEA-nin nöqteyi-nəzərindən nüvə enerjisi istehsalının inkişafı üçün bu tendensiyanın, bu perspektivin, potensialın reallaşdırılması bizim üçün çox vacibdir”, - deyə Agentlik rəhbəri bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
bizimyol.info

1Sources