EN

Birjada dizel yanacağına məhdudiyyət qoyula bilər

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Rusiyada davam edən yanacaq böhranı hökuməti daha sərt tədbirlərə əl atmağa vadar edir. Son günlərdə daha 2 neftayırma zavodunun Ukrayna ordusu tərəfindən vurulması böhranı dərinləşdirib.

Avtosfer.az xəbər verir ki, hökumət indi də peterburq birjasında dizel yanacağının dövriyyəsini məhdudlaşdırmaq planları üzərində işləyir.

İştirakçıların aldığı yanacağın həcminə məhdudiyyət tətbiq olunması nəzərdə tutulur. 

Son 15 gündə Rusiyada dizel yanacağı 14 faiz bahalaşıb. Artıq ordunun ehtiyaclarını ödəməkdə də çətinliklər hiss olunur. Ekspertlərin qənaətinə görə birjadakı məhdudiyyətlər problemi həl etməyəcək.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
40
1
avtosfer.az

2Sources