Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
24 sentyabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Kiçik zalında Berlin Filarmoniyasının solistlərinin iştirakı ilə ustad dərsi təşkil olunub.
Bu barədə Bakvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Ustad dərsindən əvvəl Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova tədbir iştirakçılarını salamlayaraq, əcnəbi musiqiçiləri təqdim edib.
Trio tÉ™rkibindÉ™ çıxış edÉ™n tanınmış musiqiçilÉ™r – Beata Antikainen (violonçel), Noora Ylonen (fortepiano) vÉ™ Harry Ourd (skripka) Bakı Musiqi Akademiyasının tÉ™lÉ™bÉ™lÉ™ri üçün ustad dÉ™rsi keçiblÉ™r.Â
Ustad dərsi zamanı tələbələr ifa bacarıqlarını nümayiş etdirərək, əcnəbi musiqiçilərdən faydalı tövsiyələr alıblar. İfa texnikası, ansambl mədəniyyəti və musiqi interpretasiyası mövzularına xüsusi diqqət yetirilib.
Tədbirdə Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti və tələbələri iştirak ediblər. İştirakçılar bu görüşün onlar üçün həm nəzəri, həm də praktiki baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.