EN

BDYPİ sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi şəhər mühitində ictimai asayişin qorunması ilə bağlı sürücülərə müraciət edib.

DİN-dənverilən məlumata görə, müraciətdə deyilir:

"Şəhər mühitində ictimai asayişin, insanların dinc yaşayışının və yol hərəkəti təhlükəsizliyinin təmin olunması hər bir hərəkət iştirakçısının üzərinə məsuliyyət qoyur. Nəqliyyat vasitələrində yüksək səslə musiqi dinləmək, əsassız səs siqnalından istifadə etmək, habelə insanların sıx məskunlaşdığı yaşayış zonalarında, məktəb və xəstəxana ətraflarında avtomobillərin yüksək sürətlə idarə olunması nəticəsində səs-küy yaradılması yolverilməzdir. Bu cür davranışlar yalnız yol hərəkəti intizamına mənfi təsir göstərmir, eyni zamanda sürücülər və piyadalar arasında çaşqınlıq və gərginlik yaradır, ictimai asayişi pozur və qəza riskini dəfələrlə artırır.

Qanunvericiliyin tələbinə görə, səs siqnalından istifadə yalnız xüsusi zərurət yarandıqda — yol-nəqliyyat hadisəsinin qarşısını almaq, insan həyatına və sağlamlığına birbaşa təhlükə mövcud olduğu hallarda icazəlidir.

Chosen
5
28
aznews.az

10Sources