BAKI, 25 sentyabr. TELEQRAF
ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris “107 gün” adlı kitabında təhqiramiz ləqəbini ona açıqlayan Almaniyanın keçmiş kansleri Angela Merkellə söhbətindən də yazıb.
Teleqraf xəbər verir ki, o, sabiq kanslerlə söhbətin 2021-ci ildə ABŞ-də olduğunu bildirib.
Söhbət zamanı Merkel partiya üzvlərinin onun üçün təhqiramiz ləqəb uydurduqlarını söyləyib.
Harris yazıb ki, komanda yoldaşları Merkeli “çirkin quş” adlandırıblar.