EN

“Qarabağ” bilet qiymətlərini qaldırdı

“Qarabağ”ın UEFA Çempionlar Liqasında “Kopenhagen”ə qarşı keçirəcəyi matç üçün biletlərin qiymətləri açıqlanıb.

News24.az xəbər verir ki, qiymətlərdə Ağdam klubunun avrokubokların təsnifat mərhələsində keçirdiyi matçlara nisbətdə artım müşahidə olunub. 

Belə ki, 20 manata satılan biletlərin qiyməti artırılaraq 30 manat olub. 

VİP sektorlara giriş üçün də azarkeşlərə daha baha başa gələcək. 

Digər tərəfdən matç üçün satılan 5 manatlıq biletlərin sayında azalma müşahidə olunub. Əvvəl 5 manata olan bəzi sektorlar hazırda 10 manatdır. 

VVIP C və VVIP D sektorlarının qiyməti isə 300 manatdan 500 manata yüksəlib. 

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı oktyabrın 1-i saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. ( Qafqazinfo ) 


Chosen
78
14
news24.az

10Sources