EN

“Bu yolda hətta avtobus sürücüləri də əks yola çıxır” – Video


Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində sürücülərin kütləvi şəkildə əks yola çıxaraq hərəkət etməsini əks etdirən görüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, görüntüləri jurnalist Səid Qərib paylaşıb.
“Bura paytaxtın Xəzər rayonunun Binə qəsəbəsinin yeganə ən böyük iki istiqamətli yolu – Əli İsazadə prospektidir. Burada bəzi sürücülər heç bir qanun, heç bir yol hərəkəti nişanı, heç bir qayda tanımırlar. Kim avtomobilini necə gəldi, hara gəldi sürür.
Burada maşını yolun düz ortasında saxlayıb marketdə alış-veriş edən sürücülərdən tutmuş yolun düz ortasında bazar açan ticarətçilərə qədər tez-tez rast gəlinir. Küçə bəzən yolun ortasında park edilmiş avtomobillərin ucbatından keçilməz cığıra və ya dalana çevrilir.
Bu görüntü isə bu gün səhər çəkilib, burada siz məsuliyyətsiz sürücülərin kobud qayda pozuntularını görürsünüz: tıxac var deyə, qarşı tərəfin yoluna çıxaraq hərəkət edirlər. Aralarında məktəbliləri daşıyan, istismara yararsız mikroavtobusları qeyri-qanuni idarə edən, AYNA-nın işə götürdüyü, içərisində onlarla sərnişini daşıyan avtobus sürücüləri də var”, - Səid Qərib yazır.
Chosen
8
1
yeniavaz.com

2Sources