EN

Diplomatik əlaqələri bərpa etdilər

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ukrayna və Suriya iki ölkə arasında diplomatik əlaqələri bərpa edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında açıqlayıb. 

Bildirilib ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində iki ölkə arasında diplomatik münasibətlərin bərpa edilməsinə dair birgə kommünike imzalanıb. Sənədə Ukraynanın XİN rəhbəri Andrey Sibiqa və Suriyanın keçid dövrü hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani imza atıb.

Tədbirdə hər iki ölkənin lideri Volodimir Zelenski ilə Əhməd Əl-Şaraa da iştirak edib. 

Xatırladaq ki, Ukrayna 2022-ci ildə Suriya ilə diplomatik əlaqələri kəsmişdi. Belə ki, həmin il iyunun 29-u Suriya “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqilliyini və suverenliyini tanıyıb. Bunun ardınca, V.Zelenski Suriya ilə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
3
redaktor.az

4Sources