EN

Millinin futbolçuları Gəncədə dalaşdı

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

AFFA Gənclər Liqasının II turunda xoşagəlməz anlar yaşanıb.

İdman.biz xəbər verir ki, Gəncə şəhər stadionunda “Kəpəz” – “Sumqayıt” görüşünün 83-cü dəqiqəsində futbolçular arasında dava düşüb.

Meydan sahiblərinin üzvü Nihad İsaqov və qonaqlardan Raul Əliyev bir-birlərinə zərbə endiriblər. Baş hakim hər iki oyunçuya birbaşa qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb.

AFFA İntizam Komitəsi insidenti “təcavüzkar davranış” kimi qiymətləndirib və hər iki futbolçuya 3 oyunluq cəza verib. İsaqov və Əliyev Azərbaycanın U-17 və U-18 yığmalarının üzvləridirlər.

Qeyd edək ki, matç “Sumqayıt”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
1
icma.az

2Sources