EN

Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri və qazilərlə görüş keçirilib

Bu gün Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) şəhid ailələri ilə görüş keçirilib.Metbuat.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb. Görüşün əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsindəki şanlı Qələbəmizə və şəhidlərimizə həsr edilən video-film nümayiş etdirilib.Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, 5 il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmiz düşmən üzərində şanlı Qələbə qazandı. Prezident İlham Əliyevin dahi sərkərdəliyi sayəsində son 200 il ərzində ilk dəfə müsəlman dövləti öz torpaqlarını geri qaytara bildi.Qeyd olunub ki, hazırda şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub. Birinci Vitse-prezident Mehriban xanım Əliyeva hər zaman onların yanındadır və problemlərinin həlli istiqamətində böyük işlər görür.Açıq dialoq formatında keçirilən görüşdə şəhid ailələrinin müraciət və təklifləri dinlənilib və nəzarətə götürülüb.

Çıxış edən ailələr Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Chosen
3
15
metbuat.az

10Sources