EN

AFFA-nın aşağı yaş qrupları üzrə liqalarının başlayacağı tarix bilindi

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqaların başlayacağı tarix bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, dörd yaş qrupu üzrə çempionata bu həftəsonu start veriləcək. 

U-10, U-11, U-12 və U-13 liqasında oyunlar şənbə və bazar günü baş tutacaq. 10-12 yaş aralığındakı komandalar Cüdo Federasiyasının Təlim-məşq mərkəzinin ("Neftçi"nin keçmiş bazası) xidmətindən yararlanacaqlar. U-13 liqasının oyunları isə sözügedən arena ilə yanaşı Binə qəsəbə stadionunda keçiriləcək.

Reqlamentdə də dəyişilik edilib. Ötən mövsümdə Bakı və Abşeron zonalarında iştirak edən komandalar (U-10, U-11, U-12, U-13 və U-14) cari mövsümdə birləşdirilərək “Bakı zonası” adı altında mübarizə aparacaqlar. U-10, U-11 və U-12 liqaları 3 qrupda, U-13 liqası 4, U-14 liqası isə 2 qrupda yarışacaqlar. 

U-14 liqasının gələn həftə başlayacağı gözlənilir. 

Nəzərinizə çatdırırıq ki, Affa U-15, AFFA -16, AFFA -17 və Gənclər liqası oyunları 3 həftədir başlayıb. 

Mirağa

Chosen
16
fanat.az

1Sources