EN

Baş nazir: Səfirlər daxili işlərimizə qarışır

bəzi xarici səfirlər ölkədəki siyasi proseslərdə birbaşa iştirak edir və bu, demokratik prinsiplərin, diplomatik fəaliyyətin pozulmasıdır.

Yenisabah.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Böyük Britaniya səfirinin XİN-ə çağırılmasını şərh edərkən bəyan edib.

O bildirib: "Ümid edirik ki, səfirlər diplomatik çərçivəyə qayıdacaqlar. Onların Xarici İşlər Nazirliyinə çağırılmasına gəlincə, bu, diplomatik fəaliyyət prinsiplərinin qorunmasına yönəlmiş diplomatik tədbirdir". pizza

Baş nazirin sözlərinə görə, bəzi səfirlər Gürcüstanda təkcə siyasi deyil, həm də seçki proseslərinə müdaxilə edib, hakimlərə təzyiq göstərmək məqsədilə məhkəmə iclaslarında da iştirak ediblər.

“Xoşbəxtlikdən, bütün səfirlər Avropa İttifaqının və Böyük Britaniyanın bəzi səfirləri kimi davranmırlar”, - Kobaxidze bildirib.

Almaniya və Böyük Britaniyanın səfirləri Gürcüstanda müxalifət qüvvələrinə dəstək vermələri ilə bağlı bəyanatlarını izah etmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb.


Telegram kanalımız
Chosen
8
yenisabah.az

1Sources