EN

Zelenski və Şara ABŞ-da görüşdülər

Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda Suriya prezidenti Əhməd Şara ilə görüşdüyünü açıqlayıb.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci iclası üçün Nyu Yorka səfər edən Zelenski Suriya prezidenti Şara ilə görüşünü Telegram səhifəsində paylaşıb.

Zelenski Ukrayna və Suriyaya qarşı təhlükəsizlik təhdidlərini, bu təhdidlərə qarşı mübarizəni və ölkələr arasında əməkdaşlığı müzakirə etdiklərini bildirib.

 “Biz qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr qurmağa razılaşdıq” - Zelenski qeyd edib.

Zelenski həmçinin görüş zamanı iki ölkə arasında diplomatik əlaqələrin bərpasına dair birgə bəyannamənin imzalandığını açıqlayıb: “Biz bu mühüm addımdan məmnunuq və sabitliyə gedən yolda Suriya xalqını dəstəkləməyə hazırıq”.

Nigar,

Sitat.info 

Chosen
1
1
sitat.info

2Sources