EN

Polşa onlarla helikopteri istismardan çıxarır: Ukraynaya verilə bilər

Polşa genişmiqyaslı yenidən silahlanma proqramı çərçivəsində onlarla köhnə helikopteri isrismardan çıxarır. Nəzəri cəhətdən onlar Ukraynaya ötürülə bilər.

Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.

Polşanın Müdafiə Nazirliyi gələn il bütün Mi-2 helikopterlərini sıradan çıxaracaq. 2022-ci ildəki vəziyyətə görə, Polşa ordusunun silahlanmasında 57 ədəd belə helikopterlərdən olub. Lakin, onların neçəsinin ucmaq bacarığı olduğu məlum deyil.

Bunlardan 17-si dəyişdirilərək zərbə helikopterinə çevrilib. Onlara 23 mm-lik NS-23KM topu, iki pulemyot, 9M14M “Malyutka” tank əleyhinə raketləri olan işəsalma qurğusu və idarə olunmayan raket blokları əlavə edilib. Bundan əlavə, bəzi helikopterlərə 9M32M “Strela-2M” zenit raketləri də quraşdırılıb.

Ukraynanın “Defence Express” analitik layihəsi qeyd edir ki, bu helikopterlər, təəssüf ki, sürəti aşağı olduğuna görə “Şahed”ləri ovlamaq üçün çox uyğun deyil. Bununla belə, Mi-2 yüngül nəqliyyat və evakuasiya missiyalarını yerinə yetirə bilər ki, bu da az əhəmiyyət kəsb etmir.

Analitiklər qeyd edirlər ki, istismardan çıxarılan Polşa helikopterlərinin Ukraynaya təhvil verilməsi ehtimalının özü yalnız nəzəri variant olaraq qalır. Rusların genişmiqyaslı işğalı başlayandan bəri polyaklar bir sıra köhnə helikopterləri ukraynalılara təhvil versələr də, hələlik bu məsələ ilə bağlı rəsmi açıqlamalar olmayıb.

Bəxtiyar CƏFƏRLİ

Chosen
5
herbiand.az

1Sources