EN

Bakıda yerüstü metro stansiyası tikiləcək

Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya inşa ediləcək.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, yerüstü stansiya metronun "yaşıl xətt"inə aid olacaq:

“Stansiya "xüsusi qrafiklə işləyəcək.Stansiyanın şərti adı "Dərnəgül deposu" adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək". (APA-Economics) 


Chosen
62
14
news24.az

10Sources