EN

Avqustda aylıq müavinət və təqaüd alanların sayı açıqlanıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 25 sentyabr, AZƏRTAC

Cari ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 871 min 854 nəfər olub.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onların 466 min 210 nəfərini aylıq sosial müavinət, 405 min 644 nəfərini isə təqaüd alanlar təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
101
azertag.az

1Sources