EN

Bəxtiyar Aslanbəyli: Britaniya Azərbaycanın investisiya cəlbi və iqtisadi artım sahəsində ən yaxın tərəfdaşlarından biridir

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"bp London və Bakı arasındakı münasibətlərin ön cəbhəsində dayanmaqdan və Azərbaycanın inkişafında uzunmüddətli tərəfdaş kimi çıxış etməkdən qürur duyur".

Oxu.Az xəbər verir ki, bunu bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli I Azərbaycan-Böyük Britaniya ilk siyasi dialoqunun açılış mərasimində deyib.

O bildirib ki, Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən biri olub:

"1992-ci il martın 11-də Böyük Britaniya və Azərbaycan diplomatik münasibətlər qurub. O vaxtdan bəri iki ölkə arasındakı tərəfdaşlıq yalnız inkişaf edib. Böyük Britaniya Azərbaycanın investisiya cəlbi, iqtisadi artım və bilik mübadiləsi sahəsində ən yaxın tərəfdaşlarından biridir. Bugünkü dialoq hər iki ölkənin əməkdaşlığı dərinləşdirmək və qarşılıqlı anlaşmanı möhkəmləndirmək istiqamətində dəyişməz öhdəliyini nümayiş etdirir. Azərbaycandakı fəaliyyəti isə bp-nin daha geniş əməkdaşlıq tarixi ilə sıx bağlıdır".

"bp-nin Bakıda nümayəndəliyinin açılmasından bu günə qədər Azərbaycan hökumətinin dəstəyi və yerli sahibkarlar, həmçinin İT mütəxəssislər ilə əməkdaşlıq nəticəsində şirkət dünya miqyasında iri enerji layihələrini həyata keçirə bilib. Həmin layihələr təkcə Xəzər regionunun enerji simasını dəyişməyib, həm də qonşu ölkələrin və bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasına ciddi töhfə verib. Biz uğurlu əməkdaşlığın davamını səbirsizliklə gözləyirik. Azərbaycanda bp-nin ölkənin enerji keçidinə dəstək verməyə yönəlmiş bir sıra mühüm sazişlər imzalamasından qürur duyuruq. Ən mühüm nailiyyətlərdən biri "Şəfəq" layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi olub. Bu, bp-nin Azərbaycanda 30 ildən artıq mövcudluğu və strateji tərəfdaşlığı dövründə imzaladığı ilk günəş enerjisi layihəsidir. Xüsusilə qürurverici hal odur ki, layihə azad olunmuş ərazilərdə - Cəbrayıl rayonunda həyata keçiriləcək. Bu məkan kommersiya və mühəndislik baxımından unikal meydançadır. Layihənin icrası nəticəsində təxminən 240 meqavat günəş enerjisi istehsal olunacaq", - deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti vurğulayıb.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
oxu.az

1Sources