EN

AFFA İntizam Komitəsi üç klubu CƏRİMƏLƏDİ

Yazını böyüt
Yazını kiçilt

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Misli Premyer Liqasının V turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

Hafta.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb. 

“Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə ev sahibi komanda 2000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasının 28-ci dəqiqəsində Naxçıvan təmsilçisinin futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat cərimələnib.

Həmin görüşün 60-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Ağdam təmsilçisi 5000 manat ziyana düşüb.

Chosen
47
5
hafta.az

10Sources