EN

Messidən sonra ilk argentinalı

“Atletiko”nun futbolçusu Xulian Alvares La Liqada Lionel Messidən sonra bir matçda 3 və ya daha çox qol vuran ikinci argentinalı futbolçu olub.

Msport.az xəbər verir ki, hücumçu buna “Rayo Valyekano”ya qalib gəldikləri VI turun matçında imza atıb.

Forvard qarşılaşmada het-triklə yadda qalıb. Alvares Messi və Valentin Kastelanosdan sonra bunu bacaran üçüncü argentinalı oyunçudur. Messi 2020-ci ildə “Barselona”da çıxış edərkən “Eybar”la görüşdə 4 qola imza atıb. Kastelanos isə “Jirona”nın heyətində “Real”ın qapısından dörd top keçirib.

Qeyd edək ki, “Atletiko” “Rayo Valyekano”ya 3:2 hesabı ilə qalib gəlib.

Chosen
46
msport.az

1Sources