EN

Partlayıcı sursatlardan zərərçəkən minaxtaranların sayı açıqlanıb

10.11.2020 - 31.07.2025 tarixlərində 27 nəfər minaaxtaran partlayıcı sursatlardan zərərçəkmiş kimi qeydə alınıb.

Bu barədə məlumat "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin kasetli sursat probleminə dair hesabatında öz əksini tapıb.

Bildirilib ki, baş verən bədbəxt hadisələr nəticəsində 1 nəfər həlak olub, 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Eyni zamanda ötən dövr ərzində minatəmizləməyə cəlb olunan yerli kommersiya qurumlarının 2 minaaxtaranı yaralanıb.

Ümumilikdə 10 noyabr 2020-ci ildən sonrakı dövr ərzində 29 minaaxtaran partlayıcı sursatlardan zərərçəkmiş kimi qeydə alınıb.

 

Chosen
4
2
7news.az

3Sources